EN

Bakıda və Abşeronda havada toz müşahidə olunur

Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur...Poliqon xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib.Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır."Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
27
poliqon.info

10Sources