"Bu mükəmməl təhlükəsizlik sistemini formalaşdıran isə Prezidentimizdir"
“Ötən həftə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş dəhşətli terror aktı bütün dünyanı dərindən sarsıtdı. Baş verən hücum nəticəsində 130 -dan artıq insan həlak oldu,180 dən artıq insan yaralandı. Bu dəhşətli faciə Rusiya tarixində baş verən ən böyük terror aktlarından biri kimi qeydə alındı. Baş verən bu hadisə terrorun çirkin xislətini göstərməklə yanaşı, milli və regional təhlükəsizlik məsələlərinin önəmini bir daha ortaya qoydu”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. O, qeyd edib ki,Prezident İlham Əliyevin formalaşdırdığı təhlükəsizlik sistemi Azərbaycana bu cür terror aktlarının, təhdid və təhlükələrinq arşısını vaxtında almağa imkan verir:
“Dövlətin milli təhlükəsizliyinin səviyyəsi onun suverenliyinin qarantıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan təhlükəsizlik sistemi Azərbaycana yönəldilən təxribat xarakterli əməllərin qarşısını hər zaman vaxtında almaqdadır. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları çox yüksək peşəkarlıq nümunəsi göstərərək milli təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayırlar. Biz bunun İkinci Qarabağ müharibəsi, eləcə də postmüharibə dövründə bir daha şahidi olduq. Təsadüfi deyil ki, DTX-nın və hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində qeyd olunan dövrlər ərzində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. Moskvada baş verən dəhşətli terror hücumundan sonra, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələr də aktivlik göstərməyə başladı. Lənkəranın rayon İcra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi hədəfləyən dəstə DTX-nın operativ tədbirləri sayəsində vaxtında zərərsizləşdirildi.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.