EN

AzMİU-nun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiya Texnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) keçiriləcək.

"Unikal" xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. 

Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir. 

Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır: 

- Tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər); 

- Süni intellekt və onun tətbiqləri;

- Böyük verilənlərin emalı problemləri və üsulları; 

- Paralel hesablama; 

-  Siqnalın işlənməsi problemləri və üsulları; 

- Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları; 

- İntellektual idarəetmə sistemləri; 

- İntellektual informasiya sistemləri; 

- Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri; 

- Təhsildə informasiya texnologiyalarının tətbiqi. 

- Konfransın işçi dili: ingilis dili   

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://itta.cyber.az

Chosen
123
9
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17850
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17433
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16621
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15046
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13918
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11709
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11012
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10567
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10434
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10041
"Zaur, yenə çaşdın..." - VİDEO
8370
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7204
Minimum əmək haqqı nə qədər arta bilər?
6547
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6286
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5953
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5068
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5019
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4764
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4121