EN

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Bakı, 29 mart, AZƏRTAC

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Vurğulanıb ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik ideyalarını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımlar həyata keçiriblər. Daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş qırğınlar zamanı Azərbaycanın müxtəlif ərazilərindən 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub: “Bu gün biz 31 mart soyqırımına dair daha çox kitablar yazmalı, müxtəlif dillərə tərcümə etməli və erməni daşnakları tərəfindən azərbaycanlıların başına gətirilən bəlaları, faciələri geniş təbliğ etməliyik”.

Tədbirdə mart soyqırımı və ya mart hadisələri zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışılıb.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası, “31 Mart -tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgi onlayn rejimdə, eləcə də “31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” və s. özündə əks etdirən materiallar nümayiş edilir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/soyqirim/ linkindən istifadə edə bilərlər.

Virtual sərgidə mart soyqırımı haqqında dövri mətbuatda dərc olunmuş məqalələr, çap olunmuş kitablar, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/31-Mart_tarixi_yaddashimizdan_silinmeyen_soyqirim/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə mart soyqırımı, eləcə də, tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qətliamlar haqqında həqiqətləri dünyaya çatdıran Azərbaycan və müxtəlif dillərdə çap olunmuş əsərlər təqdim edilir.

Chosen
87
50
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18027
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17455
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16674
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15147
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14074
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12039
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11896
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11101
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10571
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10217
"Zaur, yenə çaşdın..." - VİDEO
8406
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7230
Minimum əmək haqqı nə qədər arta bilər?
6580
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6332
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5991
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5112
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5106
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4790
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4172