Fransa Müdafiə Nazirliyindəki mənbə bildirib ki, bir çox iştirakçı ölkə Olimpiada zamanı Fransa təhlükəsizlik qüvvələrinə dəstək olmaq üçün hərbi personal göndərəcək.
7NEWS.az xəbər verir ki, 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransanın paytaxtı Parisdə "terror təhlükəsi” səbəbindən xarici hərbçilərin də təhlükəsizliyi dəstəkləməsi planlaşdırılır. AFP-yə planları təsdiqləyən Fransa Müdafiə Nazirliyindən bir mənbə bildirib ki, bir çox iştirakçı ölkələr iyulun 26-dan avqustun 11-dək keçiriləcək Olimpiada zamanı ev sahibi ölkənin qüvvələrini dəstəkləmək üçün hərbi personal göndərəcək.
7NEWS.az