EN

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhriki, eləcə də təzyiqi ilə adıçəkilən dövlətlərin “əlinə oynayır”.

Əslində, bu, o qədər də təəccüblü deyil. Belə ki, N.Paşinyan 2018-ci ildə məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin regiondakı mövqelərinin gücləndirilməsi idi. Vaşinqton və Paris bu planlarını hər il daha aydın şəkildə nümayiş etdirdilər. Qərb dairələri bu gün də Ermənistan vasitəsilə açıq şəkildə Rusiyaya meydan oxumağa çalışırlar.

Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Görünür, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı növbəti cəbhə açmaq niyyətindədir.

Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan martın 29-da Rusiyanın ölkəsini dəfələrlə aldatdığını bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı ən çətin vaxtda tək qoyub. A.Simonyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb.

Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq dondurulub. N.Paşinyan və digər rəsmilər bu barədə bir neçə dəfə bəyanatlar veriblər. A.Simonyanın son açıqlaması isə İrəvanın vaxtilə “böyük qardaş” adlandırdığı Rusiyaya növbəti ciddi zərbəsidir.

Rusiya hazırkı situasiyada nə qədər təmkinli davranmağa çalışsa da, Ermənistanın aqressiv, destruktiv ritorikasını, o cümlədən təhdid və şantajlarını cavabsız qoymur. Xarici işlər naziri Sergey Lavrov martın 28-də bildirib ki, İrəvan uydurma bəhanələrlə Moskva ilə münasibətlərin pozulmasına çalışır. Onun sözlərinə görə, KTMT çətin vaxtlarda dəfələrlə Ermənistanın maraqlarını müdafiə edib.

Dediyimiz kimi, rəsmi Moskva mümkün qədər soyuqqanlı davranmağa, tələsik addımlar atmamağa çalışır. Çünki Kreml Qərb dairələrinin planlarından xəbərdardır. Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan indiki halda sadəcə qurbandır.

Ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana hərbi müdaxiləsidir. Bu olarsa, Qərbin əlinə “kozır” veriləcək. Və Qərb Ukraynada etdiklərini indi Ermənistanda edəcək. Bu, nəzəri baxımından mümkündür. Amma ABŞ və Fransanın “ipi ilə quyuya düşən” Paşinyanın unutduğu məqamlar var. Birincisi, Ermənistan Ukrayna deyil. Və Rusiyaya müqavimət imkanları çox azdır. İkincisi, Qərb axıra kimi Ermənistanın arxasında dayanmayacaq. Üçüncüsü, Rusiya Ermənistana hərbi müdaxilə edəcək qədər sadəlövh deyil. Moskva İrəvandan intiqam almaq üçün daha rahat, belə demək mümkünsə, əziyyətsiz üsullardan istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Rusiya üçün o qədər də çətin deyil. Xüsusilə, Ermənistanda yerləşdirilən 102-ci hərbi bazanın timsalında Rusiyanın bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur.

Odur ki, İrəvan hakimiyyəti “odla oynadığını” unutmamalıdır.

Chosen
191
43
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17535
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17287
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16271
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14697
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13721
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10708
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10324
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9243
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
8982
"Zaur, yenə çaşdın..." - VİDEO
8286
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7967
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7119
Minimum əmək haqqı nə qədər arta bilər?
6493
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6092
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5831
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4927
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4788
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4680
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3958