EN

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb

2023-cü ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2022-ci illə müqayisədə 54 % artaraq 2,6 milyard dollar təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,5 milyard dollar) idxalı (1,1 milyard dollar) üstələməsi nəticəsində 342 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25,5% , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30,2 % artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,1 milyard dollar olub. Bunun 75,2 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Ötən il qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 24,3 % azalaraq 36,6 mln dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 30,9 % artaraq 1,4 milyard dollar olub.

Chosen
67
1
Sources
Comment ()
Close

Rating

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25954
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16805
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16594
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13935
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
13700
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11351
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10898
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10594
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9989
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9312
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7148
Səidə Sultan klipi üçün lüt soyundu
7065
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6123
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5899
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5540
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5139
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4871
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4534
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4166