EN

Gənclərin vətənpərvərlik tərbiyəsi

Dövlət siyasətinin mühüm istiqaməti kimi

Gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, onlarda milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsasını təşkil edir. Çünki milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini dərk edirlər. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, milli mənlik şüuru hər bir vətəndaşa xas olan xüsusiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsində isə mənəviyyat məsələsi mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən danışmaq mümkün deyil.

Hər kəsə bəllidir ki, müxtəlif zamanlarda Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında vətənpərvər gənclərimiz öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bildiyimiz kimi, torpaqlarımızın bir hissəsi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında oldu. Bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşadı. Bu fakt Azərbaycan gəncliyinin daha da ayıq-sayıq olmasına, onlarda vətənpərvərlik ruhunun yüksək səviyyədə inkişafına şərait yaratmışdı.

Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Onun sözlərinə görə, hər keçən gün gənclərin cəmiyyətdə çəkisi və rolu artır: “İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Bu, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar”.

R.Zeyni qeyd edib ki, gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir: “Prezident İlham Əliyevin təbirincə desək, “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.

Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu, çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, milləti içərisində təşəkkül tapır, xalqına, millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində aydınların üzərinə böyük vəzifələr düşür”.

R.Zeyninin sözlərinə görə, milli kimlik, milli ideologiya və vətənpərvərlik tərbiyəsi bir-birindən asılıdır: “Bunların birini digərlərindən ayrı təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli ideologiyası, milli ideologiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük təsir göstərir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Chosen
30
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17903
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17447
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16661
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15116
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14045
Çingiz Mustafayevin toyudur - FOTOLAR
11925
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
11583
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
10896
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10482
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10152
"Zaur, yenə çaşdın..." - VİDEO
8395
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7215
Minimum əmək haqqı nə qədər arta bilər?
6567
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6313
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5981
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5087
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5062
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4778
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4157