EN

Yeni tələblər taksi qiymətlərini artıracaq? - AÇIQLAMA

Azərbaycanda taksi minik avtomobilləri üçün müəyyən edilmiş tələblər açıqlandı. Bunlardan bəziləri avtomobillərin buraxılış tarixi və rənginə, eləcə də texniki göstəricilərinə qoyulan tələblər oldu. Belə ki, buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillərin taksi kimi fəaliyyətinin məhdudlaşdırılması, ağ və ya qırmızı rəng tələbi, sərnişin daşınmasını bildirən xüsusi cihazın, taksometr və videoregistratorun quraşdırılması və s. bunlardan bəziləridir. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobillərinin ən azı “avro-5” ekoloji standartına uyğun gəlməsi zəruri şərtlərdəndir.

Bəs sözügedən yeniliklərin taksi bazarına təsiri necə olacaq?

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, yeni standartların müəyyənləşdirilməsinin taksi bazarına müəyyən təsirləri olacaq: “Lakin irəli sürülən tələblər normal tələblərdir. Dünyanın hər yerində taksinin rəng standartı, taksometr və videoregistrator tələbi olur. Bunlar təhlükəsizlik məsələləridir. Əslində dövlət taksi bazarını tənzimləmək üçün saya müdaxilə etməkdənsə, standartlar müəyyən etməlidir ki, vətəndaşın təhlükəsiz hərəkəti və ətraf mühitin təmizliyi təmin edilsin. Nəticədə əhali keyfiyyətli xidmətləri ilə təmin olunmalıdır. Qiymət və sayla bağlı fikirlər isə lazımsızdır”. 

Qoyulan tələblərin qiymətlərə təsirinə gəlincə ekspert deyir ki, buraxılış ili ilə bağlı qoyulan 15 illik limitin bazara əhəmiyyətli təsiri olmayacaq: “Taksi bazarında qiymətlər taksi təklifi aşağı düşdüyü halda yüksələ bilər. Bu tədbirlərin taksi sayına əhəmiyyətli təsir göstərəcəyini düşünmürəm. Taksi provayderləri vəziyyətə adaptasiya oluncaq, öz parklarını dəyişəcəklər”. 

X.Kərimlinin sözlərinə görə, son 20-30 ildə taksi fəaliyyəti ilə bağlı ciddi addımlar atılmırdı və azad rəqabət mövcud idi: “Lakin bunun da bir çox problemləri ortaya çıxdı. Taksi fəaliyyəti ilə bağlı standartların müəyyən edilməsi, taksi təklifinə və qiymətlərə təsir edə bilər, lakin güman etmirəm ki, bu, kəskin qiymət fərqlərinə gətirib çıxaracaq. Bazarda rəqabət davam etdiyi müddətdə qiymətlər sərbəst formalaşacaq. Hökumət də birdən-birə bazarı silkələmək əvəzinə, müəyyən qədər təsir edəcək”.

Könül
Ölkə.Az

Chosen
44
1
Sources
Comment ()
Close

Rating

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14752
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14573
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14540
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12310
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10704
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8753
"Zaur, yenə çaşdın..." - VİDEO
7616
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5712
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4580
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4201
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4199
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3983
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3907
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3663
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3077
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3072
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2842
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2819
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2682