“Səbail” klubunun kapitanı Ağabala Ramazanov yenidən məşqlərə başlayıb.
Bizim.Media xəbər verir ki, futbolçu uzun müddətdən sonra komandanın məşqində iştirak edib.
Hazırda o, fərdi proqramla hazırlaşır. Ramazanov 2-3 həftəyə tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, Ağabala Ramazanov Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı oyunda zədələnmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media