EN

Döyüş yoldaşları Milli Qəhrəman haqqında: “Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Video

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda “Doktor” ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib.

Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkən onun necə qorxmaz, igid olduğunu deyiblər.

“O, Rusiyada hərbi xidmətdə idi. Vətənin dar gününə dözməyib, orada xidmətini yarım buraxıb gəlmişdi Azərbaycana. Çox igid adam idi. Sözün əsl mənasında Milli Qəhrəman adına layiq adam idi”, - deyə onlar qeyd edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
9
Sources
Comment ()
Close