İraqda təhlükəsizlik xidmətləri və silahlı qüvvələrin birgə əməliyyatı zamanı silahlıların, silahların ötürülməsinə komandanlıq edən “İslam Dövləti”nin ( İŞİD) yüksək rütbəli üzvü məhv edilib
Publika.az xəbər verir ki, "Shafaq News" bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığına (JOC) istinadla məlumat yayıb.
Əməliyyatının hədəfi olan Samir Xedr Şihan əl-Nəmravi yaraqlıların, silahların, avadanlıqların və partlayıcıların İraq və Suriya arasında daşınmasına cavabdeh idi.
Bildirilib ki, İŞİD komandirinin öldürülməsi əməliyyatı “dəqiq kəşfiyyat işi və intensiv müşahidədən” sonra həyata keçirilib.