EN

Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
37

1Sources

Comment ()
Close