Polşa fermerləri Ukrayna-Polşa sərhədindəki Uqrinov-Dolqobiçev keçid məntəqəsində yük maşınlarının hər iki istiqamətdə hərəkətini müvəqqəti olaraq açıblar.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Polşalı həmkarların məlumatına görə, Polşa ərazisində Uqrinov-Dolqobiçev keçid məntəqəsinin qarşısında yük daşımaları adi qaydada həyata keçirilir. Burada sərhədi keçmək üçün 120 yük maşını gözləyir”, - departamentin Teleqram kanalında deyilir.
Polşa tərəfi yük maşınlarının keçidinin təxminən aprelin 2-dək davam edəcəyini bildirib. Ukrayna Dövlət Sərhəd Xidməti sürücülərdən və daşıyıcılardan bu məlumatı nəzərə almalarını xahiş edib.