EN

Azərbaycandan Gürcüstana aparan yolda bərbad vəziyyət: 90 km/saatla keçmək təhlükədir - ŞİKAYƏT + VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yevlax-Zaqatala-Gürcüstan magistralından istifadə edən sürücülər yol problemi ilə üzləşdiklərini bildirirlər.

Bununla bağlı sürücülər Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar.

“Yevlax-Zaqatala-Gürcüstan magistralında sürət həddi 90 km/saatdır. Yolda çalalar yaranıb. Bu çalalardan keçən avtomobil bərbad vəziyyətə düşür. Zaqatalanın girişindən sona qədər bu vəziyyət hökm sürür. Dərin çuxurlar yaranıb, çıxılmaz vəziyyətdəyik”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Chosen
45
2
1

1Sources

Comment ()
Close