EN

25 il əvvəl terrordan sağ çıxan bacılar "Crocus"da öldürüldü

"Crocus City Hall"da baş verən terror aktında həlak olan Anna və Tatyana Makarski bacıları 1999-cu ildə Volqodonskda törədilən terror aktından sağ çıxıblarmış.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumata görə, 1999-cu ildə Volqodonskda Oktyabrskoye şossesində 35 saylı evin yaxınlığında partlayış baş verib. Partlayıcılarla dolu “QAZ-53” markalı yük maşını havaya uçub. Terror aktı nəticəsində 19 nəfər həlak olub, daha 89 nəfər yaralanıb.

Həmin vaxt Annanın 17, bacısı Tatyananın isə cəmi 9 yaşı var idi. Onların evi partlayışın episentrindən 70 metr aralıda yerləşirdi. 

"Onlar Volqodonskda partlayış baş verən evin yanındakı evdə yaşayırdılar. Onların mənzilinin şüşələri sındırılıb, bütün ailə yaralanıb və təcili yardıma müraciət edib. Bu, onların həyatında ikinci terror aktıdır", - deyə mərhum bacıların yaxın dostu deyib. 

42 yaşlı Anna "Piknik"in konsertində iştirak etmək üçün xüsusi olaraq Rostov vilayətindən Moskvaya uçub. Paytaxtda yaşayan bacısı ilə birlikdə konsertə gediblər.

Hadisədən sonra bacıların anası Yelena Makarskaya övladlarının itkin düşdüyünü bildirib.   

Martın 26-da axşam saatlarında Yelena Makarskayanın hər iki qızının adını "Crocus"da öldürülənlərin yenilənmiş siyahısında görüb. 

Anna Makarskaya bankda işləyirdi və 12 və 16 yaşlı iki uşağı var. Kiçik bacısı Tatyananın da 6 və 9 yaşlı iki övladı var.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
28
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13726
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9093
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2481
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2212
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2073
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1033
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
649
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
644
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584