EN

"Borussiya" Terziçin qarşısına şərtlər qoydu

Dortmund "Borussiya"sının rəhbərliyi baş məşqçi Edin Terziçlə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Mütəxəssisin komandası Bundesliqanın cari mövsümünü ilk "4-lük"də başa vura bilməsə, klub onu istefaya göndərəcək.

Həmçinin Dortmund təmsilçisinin rəhbərliyi Terziçdən Çempionlar Liqasının 1/4 finalında "Atletiko"nu mübarizədən kənarlaşdırmağı da tələb edib. Əgər məşqçi bu tələbləri yerinə yetirə bilsə, klubdakı yerini möhkəmlədəcək.

Xatırladaq ki, Almaniya çempionatının 26 oyundan sonra "Borussiya" 50 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
Sources
Comment ()
Close