EN

Lifttəmir-in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Qeyd olunub ki, şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.

“Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib”. (yeniavaz.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
171
43
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13109
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8689
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6906
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4477
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3306
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2788
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332