EN

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

Bakı, 28 mart, AZƏRTAC

Martın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında ölkəmizdə qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin də ən qanlı faciələrindəndir. Bu faciələr unudulmamalıdır.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində rolundan və misilsiz xidmətlərindən danışan M.Nağıyev vurğulayıb ki, biz artıq necə böyük, həmrəy xalq olduğumuzu yetərincə sübut etmişik.

Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə davam etdirildiyini diqqətə çatdıran YAP Səbail rayon təşkilatının sədri bildirib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verilib. Qaniçənlərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların, vəhşiliklərin qisası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alınıb. Zəfərimizlə Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olunub.

“Qarşıda yeni hədəflər dayanır və biz Azərbaycan xalqı olaraq birlik, həmrəylik sayəsində məqsədlərimizə çatacağıq”, - deyə o əlavə edib.

Tarixə, 1918-ci ildə xalqımızın başına gətirilənlərə qısa nəzər salan Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova bildirib ki, əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. O qeyd edib ki, 2020-ci və 2023-cü illərdə qazandığımız qələbələrlə ermənilərin “böyük Ermənistan” xülyasına son qoyuldu. Zəfərimizlə torpaqlarımızı geri qaytarmaqla bərabər, insanlarımızın hüquqlarını da bərpa etdik. “Faciələrimizi unutmamalıyıq. Qarşıda qoyulan hədəflərə çatmaq və düşmənin həmlələrindən qorunmaq üçün yaddaş mühümdür”, - deyən Səbail Rayon İcra Hakimiyyətinin rəsmisi vurğulayıb ki, Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına tezliklə nail olacağıq. Bizim məqsədimiz haqqın, ədalətin bərpasıdır. Azərbaycan xalqı öz Liderinə inanır və onun arxasındadır.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov deyib ki, Azərbaycanın heç vaxt başqa ölkələrin torpağında gözü olmayıb, amma, çox təəssüf, bizim ərazilərimiz qonşularımızın həmişə maraq dairəsində olub. Biz xalq olaraq tarix boyu bunun əziyyətini çəkmişik. Amma hər şeyin bir sonu olur.

Tarixi faktlardan ətraflı bəhs edən C.Bayramov ermənilərin uzun illər azərbaycanlılara qarşı apardıqları etnik siyasətin acı nəticələrini diqqətə çatdırıb. O, Ulu Öndərin Azərbaycan dövlətini və xalqını hər zaman ermənilərin təsir qüvvəsindən, məkrli siyasətindən qoruduğunu da bildirib.

“Faciələrimizi unutmamalıyıq. 20 Yanvar qırğını da, Xocalı faciəsi də 31 Mart soyqırımının davamı idi. Amma bədxah qüvvələr istəklərinə nail ola bilmədilər. Bizim bizdən başqa köməyimiz yoxdur. Həmrəy olaraq qarşıya qoyulan hədəflərə mütləq çatacağıq”, - deyə Cəbi Bəhramov vurğulayıb.

Milli Xalça Muzeyinin Şuşa filialının müdiri Azər Abdullayev Azərbaycan xalqının başına gətirilən faciə və müsibətlərin cavabının verildiyini bildirib. Qeyd edib ki, biz tariximizi, bizə yaşadılanları unutmuruq və unutmayacağıq.

Sonda tədbir iştirakçıları Milli Xalça Muzeyində sərgilənən eksponatlarla tanış olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22815
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14371
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12823
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11305
Helikopterin qalıqları tapılıb
8604
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7906
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6878
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4373
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3724
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3517
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3018
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1340
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324