EN

Mərkəzi Bankın qərarından sonra kredit faizləri azala bilər? - AÇIQLAMA + FOTO

“Mərkəzi Bank uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8,75%-dən 8,5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6,25% səviyyəsində dəyişməz saxlayıb.

Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır”. 

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Deputat bildirib ki, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8,5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0,5 faizlik azalmaya getmişdi. 

“Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir: faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi və depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi.

Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da artım qeydə alınıb. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, Mərkəzi Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir.

Kredit faizlərinin azalmasının mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır. 

Əvvəllər 5-6 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8-9,5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara “Bloomberg” platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
181
16
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
37017
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24123
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19008
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14862
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13386
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11615
Helikopterin qalıqları tapılıb
11076
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7776
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6861
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5680
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5438
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4691
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3350
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3149
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2338
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2280