EN

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.5. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda)” sözləri “19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və” sözləri, “orqan” sözündən sonra “(qurum)” sözü əlavə edilsin;
3.3. 2.3-cü bənddən “19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda),” sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.5. 2.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”;
3.6. 2.13-cü bənddən “və yeddinci hissəsində” sözləri çıxarılsın;
3.7. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin:
“2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;”.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 mart 2024-cü il

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13549
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10816
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2876
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2432
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2187
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1691
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
586
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573