EN

Xankəndidən verilən sülh mesajı bölgəni inkişaf və tərəqqiyə çağırır

Bu il Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur. Sülhün və harmoniyanın, təbiətin canlanmasının, firavan və parlaq il ümidlərinin təntənəsi olan Novruz bayramını qeyd edən astronomik bahar gəldi və bununla da dünya azərbaycanlılarının qəlbində sevinc hissi yarandı.

3 min ildən artıq ənənəsi olan Novruz bayramı 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və 2010-cu ilin fevralında BMT Baş Assambleyası saflıq və əbədi bəşəri dəyərləri ifadə edən 21 martı Beynəlxalq Novruz Günü elan edib. Bu, ailə və icma birliyi deməkdir, zamanla təbliğ edilən və əbədiləşdirilən mədəni ənənələr deməkdir.

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demədik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu bizimlə oldu. Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir.

Martın 18-də Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını Bahar bayramı münasibətilə təbrik edib. Dördüncü dəfədir ki, dövlətimizin başçısı bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıb. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, ötən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanıb. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu öz suverenliyimizi tam bərpa etdi və bununla ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilib.

Ordumuz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün dövlətimiz bu torpaqlarda qurub yaradır, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılır, artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır və bu il də bu proses sürətlə davam edəcək.

Azərbaycan 30 il torpaqlarının azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada ölkəmizin mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər. Bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Dövlət başçısının Xankəndidən xalqa təbriklərini çatdırması böyük xoşbəxtlikdir. Dünya azərbaycanlıları İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayır. Biz hamımız fəxr edirik ki, ordumuz ədaləti bərpa etdi, torpaqlarımızı işğalçılardan azad etdi. Beləliklə, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17899
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12756
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10132
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4410
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4009
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3306
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3128
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2681
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2326
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1615
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1003
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
997
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
899
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797