EN

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olundu

Azərbaycan Tibb Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən ATU bu dəfə milli səviyyədə instutisional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.
Bu gün keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional akkreditasiyaya dair  şəhadətnaməsi universitet rəhbərliyinə təqdim olunub. Mərasimdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli akkreditasiya prosesinin yüksək səviyyədə təşkili ilə bağlı tərəfdaş quruma təşəkkürünü bildirib. Bu cür proseslər zamanı ortaya çıxan yeni yanaşmaların istənilən müəssisənin inkişafına yeni təkan verdiyini qeyd edib: “Akkreditasiya prosesi  nəticəsində irəli sürülən tövsiyələrin hamısı bizim üçün çox əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil edir. Biz eyni zamanda  qlobal təhsilin müsbət keyfiyyətlərinin milli təhsilə inteqrasiyasına ciddi önəm verməliyik. Bu baxımdan, beynəlxalq akkreditasiya nəticələrinin təsdiqlənməsi də ATU təmsilçiləri olaraq bizim üçün yeni məsuliyyət yaradır”.
G.Gəraybəyli ATU-nun qarşısında daha böyük hədəflərin olduğunu, 3 proqramdan savayı, digər ixtisasların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün işlərin aparılacağını bildirib. Bu proseslərin həm ATU, həm tibb təhsili, həm də ümumilikdə təhsilin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov proses zamanı ATU ilə faydalı əməkdaşlığın yarandığını bildirib: “İnstutisional akkrediyasının əldə olunması, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən proqram akkreditasiyasının nəticələrini tanınması universitetin bir çox aspektlərdən özünün mövcud mövqeyini və gələcək missiyasını ortaya qoymaqda faydalıdır”. T.Əhmədov akkreditasiyanın əsasən ali təhsil müəssisələrinə dəstək məqsədilə keçirildiyini, bu prosesin müəssisələrini fəaliyyətinin diaqnostik baxımdan dəyərləndirilməsinə, müsbət təcrübənin təqdir olunması, təkmilləşdirməyə ehtiyacı olan hissələrin qabarılmasına yardımçı olduğunu qeyd edib.
Mərasimdə ATU-nun rəhbər şəxsləri, prorektorları, dekanları və TKTA-nın nümayəndə heyəti iştirak edirdi.
Xatırladaq ki, 2023-cü ildə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin  (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən Azərbaycan Tibb Universitetinin Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisaslarının 5 illiyinə akkreditasiyadan keçirilməsinə dair qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
4
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14399
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13043
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8676
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6898
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4436
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3756
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3225
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332