Yasamal rayonu Abdulla Şaiq küçəsində kütləvi qayda pozan sürücülər cərimələnib.
Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sözügedən ərazidə tədbirlər həyata keçirib.
Belə ki, dayanma-durma qaydalarını pozaraq yolun hərəkət hissəsini zəbt edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.
Məhəbbət Tərlanoğlu