Azərbaycan Minifutbol Federasiyasının növbəti iclası keçirilib.
QOL.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda cari ildə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib.
AMF-nin prezidenti Orxan Məmmədov qarşıdan gələn Avropa çempionatına yollanacaq millinin baş məşqçisinin hazırlıq planı ilə tanış olub və komandaya uğurlar arzulayıb.