EN

UFC kəmərini Azərbaycana gətirəcəm - Xəyal Canıyev (VİDEO)

Bakı. Trend:

Bütün MMA döyüşçülərinin arzusu UFC-də döyüşməkdir. Mən dəhədəfi maksimum götürmüşəm.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu MMA döyüşçüsü Xəyal Canıyevdeyib.

30 yaşlı idmançı bildirib ki, əsas məqsədi UFC-ə keçidetməkdir.

Onun sözlərinə görə, təcrübəsini bir qədər də artırdıqdan sonraUFC-ə üz tutacaq:

“Bir qədər təcrübə toplamaq lazımdır. MMA-da 3 döyüşüm olub.Daha 3-4 görüş keçirdikdən sonra UFC-ə hazır olacağam. Əsasmenecerdir. Bizdə bununla bağlı komanda var. Hər şey hazırdır.Güləşi, qriplinqi bir qədər artırmaq lazımdır. İnşallah,Azərbaycanın bayrağını UFC-də dalğalandırarıq. Muay-tay, K-1 vəMMA-da döyüşdüyüm üçün böyük təccrübəm var. Problem, zədə olmaza,UFC kəmərini Azərbaycana gətirəcəm”.

Qeyd edək ki, hazırda UFC-də Azərbaycanı 2 döyüşçü təmsil edir.Bunlar Rafael Fiziyev və Nazim Sadıqovdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
214
50
Sources
Comment ()
Close