EN

Ruslar terror olacağını bilə-bilə buna niyə icazə verdilər? - Baş kəşfiyyatçı danışdı

Rusiya xüsusi xidmət orqanları "Crocus City Hall" konsert zalında gözlənilən terror aktı barədə əvvəlcədən məlumatlı olub.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

“Ən azı 2024-cü il fevralın 15-də Rusiyanın hazırlıqdan xəbəri var idi. Bu məlumat Suriyadakı kəşfiyyat idarəsindən Moskvaya çatdırılıb. Ona görə də nağıl danışmasınlar ki, qəribə bir şəkildə hər şey birdən-birə reallaşıb”, - Budanov vurğulayıb.

Onun sözlərinə görə, Kreml yaraqlıların Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəyini bilirdi.

“Niyə buna icazə verdilər? bir neçə variant var: birincisi, onların adəti üzrə, indi bir neçə məmuru vəzifədən uzaqlaşdırmaq üçün “qüllələr” arasında döyüşdür. Başqa bir ehtimal odur ki, onlar həqiqətən baş verəcəkləri qiymətləndirmədilər. Onlar Ukraynanı günahlandırmaq istəyirdilər”, - Budanov bildirib.

Terrorda “Ukrayna izi”nin axtarılmasından danışan Ukrayna hərbi kəşfiyyatının rəhbəri qeyd edib ki, Rusiya hakimiyyəti "Crocus City Hall"da baş verənlərlə bağlı öz versiyalarını artıq üç dəfə dəyişib.

“Məni şəxsən ittiham edən Patruşev və Bortnikov izahat verdilər və bütün bunların müəllifi Ukraynadır. Bu axmaqlıqdır. Yeri gəlmişkən, Rusiya Federasiyasının hakimiyyət orqanları bizim düşmənimiz olsa da, dinc əhaliyə qarşı terror aksiyalarını kökündən bəyənmirəm”, - Budanov bildirib.

Son məlumatlara görə, martın 22-də Moskva yaxınlığında törədilən terror aktı nəticəsində 143 nəfər ölüb, bundan iki dəfə çox insan yaralanıb. Hücuma görə məsuliyyəti "İslam Dövləti"nin “Vilayət Xorasan” adlı hücrəsi üzərinə götürüb. Eyni zamanda, Rusiya hakimiyyəti terrorun arxasında Ukraynanın dayandığını iddia edir. Onlar ABŞ və Böyük Britaniyanı da günahlandırırlar. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13714
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9092
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2481
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2210
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2062
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1828
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1032
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
656
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
649
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
644
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584