Çin avtomobil sənayesi Rusiya bazarını kütləvi şəkildə zəbt edib. Yerli brendlər isə satışda əhəmiyyətli dərəcədə azalıb.
KONKRET.az xəbər verir ki, iki il ərzində Rusiyada Çin brendlərinin sayı 5 dəfə artıb. “Pro Trade In & Autobusiness” telegram kanalının məlumatına görə, əgər 2022-ci ildə Rusiya bazarında rəsmi olaraq Çinin 11 avtomobil markası var idisə, bu ilin əvvəlində onların sayı təxminən 60-a çatıb – beş dəfədən çox. Bu gün Rusiyada 53 Çin və 7 Rusiya şirkətinin avtomobilləri satılır.
Rusiya Avtomobil Dilerləri Assosiasiyasının məlumatına görə, 2022-ci ildə Rusiyada 124,6 min Çin avtomobili satılıb. Keçən il bu rəqəm artıq 548,6 min model idi. Beləliklə, Çindən gələn avtomobillərin daxili bazarda payı 56 faizə çatıb. Müqayisə üçün: Rusiya istehsalçıları 2023-cü ildə 434,6 min avtomobil satmağı bacarıblar.
Ruslar alman avtomobillərindən Çin “premium” avtomobillərinə keçirlər. Çin şirkətləri Rusiyada həm büdcəli, həm də premium avtomobillər satır.
Ariz Həsənoğlu,
KONKRET.az