EN

Bu gün paytaxtda və 3 rayonda qaz olmayacaq

Bu gün paytaxt Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət yaranacaq.
Ednews xəbər verir ki, bu barədə Azəriqaz İB-dən bildirilib.
Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 54,5-ci km-də “Əhmədbəyli-Füzuli-Şuşa” avtomobil yolu ilə kəsişməsində təhlükəsiz əraziyə köçürülmüş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 28.03.2024-cü il tarixində saat 09:00-dan “Füzuli Diaqnostika” və “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.Həmçinin paytaxtın Suraxanı rayonu ərazində "Suraxanı əhali" qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, A. Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və siyirtmələrin yenisi ilə əvəz olunması, Suraxanı QPM-də siyirtmənin yenisi ilə əvəz olunması, Suraxanı Mədən ərazisində KOB-29 proqramı ilə əlaqədar qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 28.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (Kürdəmir şəhəri, rayonun 52 kəndi), Göyçay rayonunun (Göyçay şəhəri və rayonun 25 kəndi) bir hissəsinin eləcə də Füzuli rayonunun bir hissəsinin (Horadiz şəhəri, 13 kənd və 5 qəsəbə), Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələrinin, eləcə də A.Rzayev və X. Ələkbərov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
20
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2487
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2099
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2068
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
669
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
649
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
585