EN

Türkiyədən 8 kəndlə bağlı reaksiya: Hərbi əməliyyatlar başlasa...

Azərbaycanın torpaqları BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə rəğmən 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. ATƏT-in keçmiş həmsədrləri də 28 il Azərbaycana gəlib-getməkdən başqa heç bir iş görmədi. Buna baxmayaraq Bakı problemi dialoq yolu ilə həll etməyə çalışırdı. Azərbaycan nəhayət dialoqla, danışıqlarla bu problemin həll olunmayacağını anladı. Məhz 44 günlük Vətən Müharibəsinin nəticəsində Azərbaycan erməni işğalında olan torpaqlarını azad etdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, BMT TŞ-nın 4 qətnaməsini Azərbaycan özü icra etdi: "Haqq-ədalət bərpa olundu. Beynəlxalq müstəvidə BMT-nin nüfuzdan düşmüş mövqeyi özünə qaytarıldı. Amma Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdikdən sonra 30 il susqun qalmış Qərbdən “səslər gəlməyə” başlayıb”.

Sabiq səfir hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Qərbin sərgilədiyi mövqe ikili standartların məhsuludur: “Bu da sözsüz ki, Qərbin demokratiya və digər amillərdən ancaq öz məqsədləri üçün istifadə etməsi fonunda meydana çıxır. Hazırda Ermənistanın işğalında qalan Azərbaycanın 8 kəndinin azad olunması istiqamətində aktiv danışıqlar gedir. Nikol Paşinyan da 8 kənddən dördünü təhvil veriləcəyini açıqlayıb. Təəssüf ki, Qərbdən bu kəndlərin azad edilməsi ilə bağlı reaksiya yoxdur”.

Hulusi Kılıça görə, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində danışıqlar aparılır: “Ermənistan prosesi uzatmaqla məşğuldur. Azərbaycanın 8 kəndi hərbi yolla azad etmək hüququ var. Qərbdən reaksiyalar olacaq. Təbliğat maşını işə düşəcək. Amma Bakı uzun müddət kəndlərin azad edilməsini gözləmək niyyətində deyil. Qərb “nə deyəcək” deyə Azərbaycan haqlı mövqeyindən geri çəkilməyəcək. Nəyi nə zaman etməyi yaxşı bilən Prezident İlham Əliyev bu məsələni həll edəcək. "Dəmir Yumruq" yerindədir. Ermənistan reallığı başa düşməlidir. İrəvan kəndləri təhvil verməli və sülh müqaviləsini imzalamalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
257
35
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11946
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8593
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8283
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2330
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2056
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1886
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1763
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1488
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1131
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
919
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
524
Arda Gülər dayanmır, yenə fərqləndi -
461
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
367
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
360