EN

“Alatoranlıq”ın ulduzu ATA OLDU - FOTO

37 yaşlı Robert Pattinson və sevgilisi 32 yaşlı Suki Uoterhaus ilk dəfə valideyn olublar.

Bizim.Media "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, cütlük uşaq arabası ilə gəzərkən görüntülənib.

Onların özləri də valideyn olduqlarını hələ təsdiq etməyiblər. Suki üç həftədir ki, "Instagram" sosial şəbəkə hesabında postlar paylaşmır, yazılar yazmır.

Körpənin cinsi də hələlik məlum deyil.

Uoterhausun hamiləliyi ötən ilin noyabrında məlum olub. Cütlüyün uşaq gözlədiyi ilə bağlı söz-söhbətlər fonunda Suki qarnını vurğulayan dar paltarda görüntülənib.

Qeyd edək ki, “Alatoranlıq” filmlərində canlandırdığı baş rollarla tanınan Suki Uoterhaus və Robert Pattinson 2018-ci ildən görüşürlər. Uzun müddət münasibətlərini gizlədən cütlük dəfələrlə birlikdə paparasilərin obyektivinə tuş gəliblər.
2022-ci ilin sonunda aşiqlər münasibətlərini təsdiqləyiblər. İndi isə onlar birlikdə yaşayırlar.


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
237
30
bizim.media

10Sources