EN

Göbələk xəstəliklərinə son! - Qoz qabığını atmayın

Adətən səhv ayaqqabı seçimi, ayağın tərləməsi, fərqli ayaq quruluşları və yüksək təzyiq kimi problemlər səbəbiylə meydana gələn göbələk  daban çatlarına da səbəb olur. Xüsusilə dar və sərt ayaqqabılar geyindikdə xəstəliklərin  əmələ gəlməsi riski artacaq.Sherg.az xəbər verir ki, heç kimin bilmədiyi ayaq xəstəliklərinin  təbii həlli qoz qabıqlarında gizlidir.Tərkibindəki təbii komponentlər sayəsində bir çox sağlamlıq probleminin müalicəsində qoz qabıqları və qoz yarpaqlarından istifadə etmək olar.  Qozun tərkibindəki antiseptik xüsusiyyətlər, ayaqların xəstəlik  əlamətlərinin qarşısını almaq üçün kifayət edəcəkdir. Qoz qabığının sərt quruluşunu istifadəyə hazır vəziyyətə gətirmək vacibdir. Qoz qabığından gözəl təbii dərman əldə etməyin sadə yolu budur.Qoz qabığının tərkibində olan taninlər dərini bərkitməyə və sağaltmağa kömək edir.  Qoz yarpaqlarının tərkibində olan juqlon birləşməsi antimikrobiyal xüsusiyyətlərə malikdir və dəriyə antifungal təsir göstərir.  Beləliklə, ayaqların kallusuna səbəb olan iltihab infeksiyaların müalicəsində təsirli rol oynayacaqdır. Ayaqları sağaltmaq üçün qoz qabıqları üçün edilməsi lazım olanlar çox sadədir.Əvvəlcə qoz qabıqlarını və yarpaqlarını 1 həftə suda isladın. Sonra ayaqlarınızı bu suda isladın. Sonra ayaqları streçlə sarıyın və yarım saat gözləyin. Ayaqlarınızın yumşalacağını görəcəksiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
3
sherg.az

4Sources