EN

Pentaqon 2025-ci il üçün 850 milyard dollar büdcə tələb edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2025-ci maliyyə ili üçün Konqresdən təxminən 850 milyard dollarlıq büdcə tələb edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 1-də başlayacaq 2025-ci maliyyə ili üçün dövlət xərclərini ehtiva edən Ağ Ev tərəfindən Konqresə göndərilən büdcə təklifindən Pentaqona 849,8 milyard dollar köçürülməsi istənilib.

Büdcə təklifi 2024-cü maliyyə ili ilə müqayisədə müdafiə xərclərinin 1 faiz artırılmasını nəzərdə tutsa da, təklif Ukrayna və İsrailə hərbi yardımı əhatə edən əlavə büdcə tələbinin 5 ay keçməsinə baxmayaraq hələ də Konqresdə müzakirə edildiyi bir vaxta təsadüf edib.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
211
11
525.az

10Sources