EN

Sürücülərdən “28 May”ın qarşısına avtomobillərin girişinin qadağan edilməsinə REAKSİYA - VİDEO

Martın 12-dən etibarən metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

Bu barədə Nəqliyyatı Əlaqələndirmə Şurası qərar qəbul edib.

Sözügedən qərar bəzi taksi sürücülərinin narazılığına səbəb olub.

“Bu ərazidə tıxac yaranacaq. Nəsimi bazarının yanından tıxac başlayacaq, düz Azadlıq küçəsinin axırına kimi davam edəcək. Avtobusun işarəsi varsa, taksinin də var. Biz də dayanıb, burada işləməliyik. Bura bizim iş yerimizdir. Hər evi beş adamdan hesablayanda elə bil 400 nəfəri ac qoyurlar”, - deyə taksi sürücüsü şikayətini bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
256
1
Sources
Comment ()
Close