EN

Lavrov görüşə dəvət etdi, gəlmədilər

Lavrov görüşə dəvət etdi, gəlmədilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı ölkələrinin səfirlərinə Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə etməməyi tövsiyə edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Russia Today" yayıb.

XİN rəhbərinin sözlərinə görə, Moskva Aİ ölkələrinin Səfirliklərinin ölkədəki prezident seçkilərinə necə hazırlaşmaqlarına dair materiallar toplayıb. O bildirib ki, bu səfirliklər müdaxilə mexanizmləri yaradır.

Lavrov vurğulayıb ki, bunun ardınca avropalı səfirlər Rusiyanın XİN rəhbəri ilə görüşə dəvət olunub. Bu görüşdə onlara sözügedən fəaliyyətlə məşğul olmamaqlarına dair çağırış ediləcəkdi: "Görüşdən iki gün əvvəl onlar bizə bu qeydi göndərdilər: "Biz gəlməməyi qərara aldıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
225
15
Sources
Comment ()
Close

Rating