EN

Selena Qomez bu serialla qayıdır

"Disney" şirkəti müğənni-aktrisa Selena Qomezə şöhrət gətirən "Ueyverli Pleys sehrbazları" serialının davamını çəkməyə hazırlaşır.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa partnyoru Devid Henri ilə birlikdə layihədə icraçı prodüser kimi çıxış edəcək və eyni zamanda Aleks Russo rolunda epizodlardan birində çəkiləcək.

 

Filmin rejissoru Endi Fikmandır. Prodüserlər isə Jed Elinoff, Skott Tomas və Qari Marş da serial üzərində işləyirlər.

 

Qeyd edək ki, bir müddət əvvəl Selena Qomez musiqi karyerasını bitirmək və özünü çəkilişlərə həsr etmək istədiyini demişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
289
14
sfera.az

10Sources