Mixail Saakaşvili binanın damına niyə çıxdı? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 17-12-2017, 10:57
Mixail Saakaşvili binanın damına niyə çıxdı? -


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində saxlanılmasının təfərrüatlarını açıqlayıb.

SİVİL.AZ
APA-ya istinadən xəbər verir ki, saxlanıldığı gün ukraynalı polislər onun yaşadığı ünvana səhər saat 7.00-da gələrək 45 dəqiqə ərzində mənzilin qapısını qırmağa çalışıblar.

Onun sözlərinə görə, polislər mobil rabitə əlaqəsini süni yolla bloklayıblar. M.Saakaşvili qeyd edib ki, tərəfdarlarına zəng edib hadisə barədə məlumat vermək məqsədi ilə binanın damına qalxmağa qərar verib. O, dama çıxmaqla iki saat vaxt udduğunu qeyd edib: “İnsanlar yuxudan oyandı, məlumatı əldə etdi və nəticədə binanın qarşısında xeyli sayda tərəfdar və KİV nümayəndələri toplaşdı”.

Gürcüstanın sabiq prezidenti binanın damında əllərinə qandal vurulmasına imkan vermədiyini qeyd edib. Onun sözlərinə görə, mənzilə daxil olduqdan sonra polislərə duş qəbul etmək istədiyini bildirib: “Mən duş qəbul edərkən polislər vanna otağının qapısını döyməyə başladı, sonra otaqda dava düşdü və sonda polislər onun əllərinə qandal vurmağa nail oldular”.

Mixail Saakaşvili təcridxanada ona normal münasibət göstərildiyini qeyd edib: “Adi, standart və təmiz kamera idi, 13 saylı. Yeri gəlmişkən, duş kabinəsi ilə təchiz edilmiş yeganə kamera idi. Yeməkdən imtina etmişdim, amma çayla problem yox idi, istənilən kimi verilirdi”.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz