Putin və Tramp arasında telefon danışığı olub

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 09:10
Putin və Tramp arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

SİVİL.AZ
-ın APA-ya istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətləri və Koreya problemi daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Putin-Tramp danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratoriy tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz