Dollar bahalaşacaq, qızıl və neft ucuzlaşacaq

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 18:25
Dollar bahalaşacaq, qızıl və neft ucuzlaşacaq


"ABŞ-la ticarət qaydaları dəyişib və bu, bütün tərəfdaş ölkələrə aydın olub".

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində paylaşıb.

Prezident bildirib ki, ABŞ tezliklə öz ticarət balansındakı kəsiri aradan qaldıracaq: "Mənim Asiya ölkələrinə səyahətimdən sonra bizimlə ticarət edən ölkələr anladılar ki, qaydalar artıq dəyişib. ABŞ-la qarşılıqlı əməkdaşlıq düzgün aparılmalıdır. ABŞ-ın həddindən artıq yüksək ticarət kəsiri artıq azalmalıdır".

Qeyd edək ki, ABŞ-ın 2017-ci ilin ilk 9 ayında xarici ticarət kəsiri 403,1 mlrd. dollar təşkil edib, bu da təxminən ÜDM-in 2,1%-nə bərabərdir.

Report-un analitik qrupu bildirir ki, ABŞ-ın ticarət kəsirini azaltması onun ticarət tərəfdaşlarının ticarət profisitinin azalmasına, hətta mənfi saldoya keçməsi ilə nətəcələnə bilər: "Nəticədə ABŞ-dan daha az valyuta axını baş verəcək ki, bu da ölkədə likvidliyin artmasına, FES-in faizləri artırmasına və əlavə likvidliyi absorbasiya etməsinə gətirib çıxaracaq. Bu addımların hamısının nəticəsi isə ABŞ dollarının möhkəmlənməsinə səbəb olacaq".

Analitik qrup Trampın mümkün ikinci prezidentlik dövründə, yəni 2020-ci ildən sonra dolların məzənnəsinin 0,8 avrodan aşağı olacağını, qızılın 750-800 dollar/unsiya, neftin isə 25 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.

L.Ə.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz