Dollar işarəsi necə yaranıb? - FOTO

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 07:00
Dollar işarəsi necə yaranıb? -


Son vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar - $ işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur.

SİVİL.AZ
xəbər verir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib.

Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso - PS işarəsi kimi qısaldılıb.

Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb.

Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub. (publika.az)

Dollar işarəsi necə yaranıb? -


Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz