İstefa verən baş nazirdən gözlənilməz AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 10:42
İstefa verən baş nazirdən gözlənilməz


Livanın sabiq baş naziri Səad Həriri istefası ilə əlaqədar açıqlama verib.

SİVİL.AZ
"Qaynarinfo"ya istinadən xəbər verir ki, Həriri sahibi olduğu "Future" televiziyasına danışıb.

"Öz həyatım məni maraqlandırmır, məqsədim ölkəmi xilas etməkdir. İstefamın normal şəkildə baş vermədiyini bilirəm, amma bəzi təhlükəsizlik tədbirləri görməli idim. İstefa mətnini mən qələmə almışam. Məqsədim müsbət şok effekti yaratmaq, insanların oyanmasına çalışmaq idi. Livan hazırda ciddi proseslərdən keçir. Hizbullahın siyasi fəaliyyətinin əleyhinə deyiləm, lakin ölkənin məhvinə icazə vermək də lazım deyil. Ölkəmizdəki bəzi yanlışları düzəltməli, müstəqil siyasət yürütməliyik. ABŞ-dan başqa ərəb ölkələrinin də sanksiyaları ilə üzləşməməliyik. Səudiyyə Ərəbistanı kralı Kral Salman məni oğlu kimi görür. Mən də vəliəhd şahzadə Məhəmməd İbin Salmana hörmətlə yanaşıram" deyən sabiq baş nazir Səudiyyədə son günlərdə baş verən həbs və dəyişikliklərlə əlaqəsi olmadığını vurğulayaraq tezliklə ölkəsinə qayıdacağını və istefa ilə əlaqədar lazım olan hüquqi öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

Həriri həmçinin qeyd edib ki, İranın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi yolverilməzdir.

Qeyd edək ki, Səad Həriri qısa müddət əvvəl Səudiyyənin paytaxtı Riayda səfəri zamanı gözlənilmədən istefa vermiş və bu günə qədər məsələ ilə bağlı açıqlama verməmiş və ölkəsinə qayıtmamışdı. Livan rəsmiləri baş nazirin Səudiyyədə zorla saxlanıldığını iddia edirdilər.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz