Trampla görüş niyə təxirə salındı? - Putindən açıqlama

Xəbərin çap versiyası
Tarix: 11-11-2017, 17:27
Trampla görüş niyə təxirə salındı? -


Bu, onu göstərir ki, Rusiya ilə ABŞ arasında münasibətlər böhran vəziyyətindən çıxmayıb.

SİVİL.AZ
report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Vyetnamda Asiya-Sakit okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nəzərdə tutulan görüşünün təxirə salınmasını şərh edərəkən deyib.

"Biz bu səhifəni çevirib, gələcəyə baxmağa, ABŞ və Rusiya xalqlarının maraqları naminə problemləri həll etməyə, konkret ciddi iqtisadi əlaqələri davam etdirməyə hazırıq", - V.Putin vurğulayıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqladı. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz