“Uber” və “NASA” uçan taksilər şəbəkəsi yaradacaq

Xəbərin çap versiyası
Tarix: 10-11-2017, 18:00
“Uber” və “NASA” uçan taksilər şəbəkəsi yaradacaq


“Uber” şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksi aparatları şəbəkəsinin yaradılması haqqında saziş imzalanıb.

SİVİL.AZ
xəbər verir ki, “Uber” şirkətinin istehsal şöbəsinin direktoru Ceff Holdenin sözlərinə görə, saziş uçan taksilərin marşrutlarının tənzimlənməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur.

Məlumata görə, şirkət həm pilotlu, həm də pilotsuz uçan aparatlardan hazırda smartfon vasitəsilə mövcud taksi sifarişi xidməti kimi sifarişə imkan verən taksilər kimi istifadəni planlaşdırır.

Yeni taksi xidmətinin uçuş sınaqlarına 2020-ci ildə Los-Ancelesdə başlamaq, layihənin istifadəyə verilməsi isə 2023-cü ilə nəzərdə tutulur.

Bildirilir ki, yeni servis üçün təyyarə və ya vertolyotlar yaratmağı planlaşdırmayan “Uber” dünyanın “Aurora Flight Sciences”, “Embraer”, “Mooney”, “Bell Helicopter” və “Pipistrel Aircraft” kimi aparıcı istehsalçılarının uçan aparatlarından istifadə etmək niyyətindədir.

Bundan əlavə, “Uber” Los-Ancelesdə göydələnlərin damlarında aviataksilər üçün parklanmaların qurulmasına icazə almaq üçün “Sandstone Properties” tikinti şirkəti ilə danışıqlar aparır.

“NASA” nümayəndələri sazişin imzalanması ilə bağlı hələ ki şərh verməyiblər. Əvvəllər agentliyin oxşar layihələrdə iştirak etməsi qeyd olunur. (Oxu.Az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz