Avropada növbəti müstəqillik tələbi

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 11:50
Avropada növbəti müstəqillik tələbi


Almaniyanın ən varlı əyalətlərindən olan Bavariyada fəaliyyət göstərən Bavariya Partiyası Almaniyadan ayrılaraq müstəqillik elan etmək üçün proseslərə start verib.

SİVİL.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, partiyanın "Facebook" səhifəsində yayımlanan açıqlamada "Bavariyanın müstəqilliyi, Bavariyanın Federativ Almaniya Respublikasından ayrılması bizim haqqımızdır" fikirləri yazılıb.

Alman mətbuatı yazır ki, partiya Avropa Ədalət Məhkəməsinə müraciət edəcək və Bavariya dilinin Alman dilindən fərqli olmasına dair sənəd tələb edəcək. Ötən il Almaniya Ali Məhkəməsi Bavariya Partiyasının tələbini rədd edərək referenduma icazə verməmişdi.

Qeyd edək ki, partiyanın İraq və İspaniyada keçirilən Kürdüstan və Kataloniyanın müstəqillik referendumundan təsirlənərək bu tələbi yenidən irəli sürdüyü deyilir.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz