Əsas Səhifə > Cəmiyyət / Üst manşet > Əli Həsənovun nəvəsinə hökm oxundu

Əli Həsənovun nəvəsinə hökm oxundu


18-12-2017, 12:33.
title}
Əli Həsənovun nəvəsinə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

SİVİL.AZ
Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb.

İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.

Məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt