Bu yol 2 gün bağlı olacaq

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 12:59
Bu yol 2 gün bağlı olacaq


"Artıq Binəqədi şosesində səkilərdə, xüsusi "cib"li dayanacaqlarda son tamamlanma işləri həyata keçirilir".

SİVİL.AZ
xəbər verir ki, bunu APA-ya açıqlamasında "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, bu gün və ya sabah səhər saatlarından artıq yolda xətlənmə işlərinə start veriləcək: "Hal-hazırda yol nişanlarının quraşdırılması işləri aparılır. Yol nəqliyyat vasitələri üçün tam açıqdır. 1-2 günə isə artıq yolda bütün işlər yekunlaşdırılacaq".

Qeyd edək ki, Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələdə aparılıb. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. Ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısı alınıb.

İkinci mərhələdə isə, 2,6 km uzunluğunda yolun üçqat olmaqla, 40 min kvadratmetrdən çox hissəsi asfaltlanıb. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla, 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayırıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir. Həmçinin, 1,5 metr enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə 4 600 paqonmetr yeni səki daşları düzülüb.

Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 6 yerdə "cib"li dayanacaqlar tikilib, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılıb, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədilə "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru 35 metr uzunluğunda yeni boru ilə əvəz edilib, yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədilə yolun hər bir istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz