Qiyas İbrahimov və atasına hökm oxundu

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 12:47
Qiyas İbrahimov və atasına hökm oxundu


Bu gün Yasamal Rayon Məhkəməsində hazırda həbsdə olan Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

SİVİL.AZ
Report-a istinadla xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Q. İbrahimovun da 10 illik cəzası daha 3 ay artırılıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q. İbrahimov və atası H.İbrahimovun hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ay Q. İbrahimov və atası H.İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik etmə) ilə təqsirli bilinir.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz