Bakıda iki qadın kişi üstündə davaya çıxdı: Biri bıçaqlandı - TƏFƏRRÜAT

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 12:30
Bakıda iki qadın kişi üstündə davaya çıxdı: Biri bıçaqlandı -


Sabunçu rayonunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.

SİVİL.AZ
Ölkə.az-a istinadən xəbər verir ki, ötən gecə Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində 23 yaşlı Cəlilabad rayon sakini Babayeva Aynurə Fazil qızı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya müraciət edib. Cərrahiyyə əməliyyatı olunan qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb və hadisənin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Günay Xanbaba qızı tərəfindən törədildiyi məlum olub. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı, Füzuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A. Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsə də, o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib.

Əliyar Əhmədov da hadisənin onunla bağlı olduğunu etiraf edib. Hətta bıçaqlanan Aynurəni xəstəxanaya çatdırdığını da bildirib.

Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və G.Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, saxlanılan qadının 2 azyaşlı övladı var.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz