Şəhid olan hərbi qulluqçu dəfn edildi

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 10:34
Şəhid olan hərbi qulluqçu dəfn edildi


Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində 19 il xidmət edən F.Salahov ailəli olub, iki oğlu var.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz