Hərbi prokuror cinayət qanunvericiliyinə edilən dəyişikliyi ŞƏRH ETDİ

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 15:00
Hərbi prokuror cinayət qanunvericiliyinə edilən dəyişikliyi


“Cinayət qanunvericiliyinə edilmiş mütərəqqi əlavə və dəyişikliklər yeni qəbul edilmiş qanunun təsiri altına düşən bir sıra kateqoriya cinayətlər üzrə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə, həmçinin cəza çəkən məhkumların cəzalarının azaldılmasına və yaxud cəzadan tamamilə azad edilməsinə şərait yaradacaq”.

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli qanununun mahiyyətinin düzgün dərk edilməsi və tətbiqi mexanizmlərinin dürüst müəyyən olunması məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşları tərəfindən əməli köməklik göstərilərək ərazi hərbi prokurorluqlarında mütəmadi olaraq praktik təlimlərin keçirilməsi Respublika Hərbi Prokurorluğunun tədbirlər planının tərkib hissəsidir.

Hərbi prokuror qeyd edib ki, Prezident İlham Əliyevin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi bu islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıraraq, hüquq sisteminin davamlı inkişafına, istintaq orqanları və məhkəmələr tərəfindən qəbul edilən qərarların daha dürüst tətbiq edilməsinə rəvac verəcək.

X. Vəliyev bildirib ki, Prezidentin 2017-ci il 10 fevral tarixində imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatlar mahiyyətcə hərtərəfli olmaqla, insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edib: “Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırıb. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid olunması təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlət siyasətinin tərkib elementinə çevrilib”.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz